Effektiv və sağlam şəkildə arıqlamaq üçün qəbul edilən kalorinin sərf olunan enerjidən az olması vacibdir. Foodinfo.az bildirir ki, bu barədə Rusiya Qidalanma və Biotexnologiya üzrə Federal Elmi Mərkəzin endokrinoloq-diyetoloqu Mariya Briĵan aif.ru-ya açıqlamasında danışıb.
Mütəxəssis qeyd edib ki, çəki itkisinin əsasında məhz kalori defisiti dayanır. Onun sözlərinə görə, gündəlik rasionda qəbul edilən enerji miqdarı orqanizmin sərf etdiyi kaloridən aşağı olduqda arıqlama prosesi başlayır. Lakin bu proses düzgün planlaşdırılmalıdır.
Mariя Briĵan vurğulayıb ki, pəhriz zamanı zülal, yağ və karbohidratların rasiondan kəskin şəkildə çıxarılması səhv yanaşmadır. Bütün makronutrientlər orqanizmin normal fəaliyyəti üçün vacibdir və onların balanslı şəkildə qəbulu sağlamlığın qorunmasına xidmət edir.
Ekspertin fikrincə, ən optimal yanaşma gündəlik kalori normasını təxminən 500 kilokalori azaltmaqdır. Bu üsul maddələr mübadiləsinə zərər vermədən, tədricən və davamlı çəki azalmasına imkan yaradır. Dietoloq əlavə edib ki, düzgün qidalanma ilə yanaşı, fiziki aktivliyin artırılması da arıqlama prosesinin effektivliyini yüksəldir.






