
Avokado “supermeyvə” olaraq möhkəm yer tutub. Foodinfo.az bildirir ki, bu meyvə sağlam yağ turşuları, lif və mikroelementlərlə zəngin olduğundan ürək, bağırsaq və beyin funksiyalarını dəstəkləyir .
Fransalı qidalanma mütəxəssisi Prof. Isabelle Fournier Le Figaro Santé-yə açıqlamasında vurğulayıbki, “avokado tərkibindəki monounsatur yağlar LDL xolesterini azaldır, HDL xolesterini artırır və iltihabı aşağı salır”
Isabelle Fournier əlavə edib ki, bu meyvə liflə zəngin olduğu üçün bağırsaq florasını gücləndirir və həzm sistemi üçün faydalıdır. Mütəxəssis qeyd edib ki, avokado lutein və zeaksantinlə zəngindir, bu da göz sağlamlığının qorunmasına yardım edir . O bildirib ki, avokadonun kalium tərkibi isə qan təzyiqinin normallaşmasına kömək edir. Isabelle Fournier onu da vurğulayıb ki, bu supermeyvənin gündəlik rasiona daxil edilməsi enerji, dəri sağlamlığı və beyin funksiyasını dəstəkləyir.