Türkiyənin Niyde bölgəsinin Ovacıq kəndində yaradılan təsərrüfat birliyi Gürcüstan, İran, İraq və Azərbaycan da daxil olmaqla 10 ölkəyə turşu ixrac edir. Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin dəstəyi ilə yaradılan bu təsərrüfat bütün lazım olan tərəvəzləri də öz tarlasında istehsal edir.
Sahibkar Fevzi Erbilin sözlərinə görə, bütün məhsullar cəmi 65 hektar ərazisi olan tarlada yetişdirilir: “16 ildir ki, öz tarlamızda əkdiyimiz xiyar, kələm, bibər kimi məhsullardan bir çox turşu növləri hazırlayaq ixrac edirik. Kənd Təsərrüfatı və Meşə Nazirliyinin dəstəyi ilə potensialımızı artırmaq və ixracımızı genişləndirməyi düşünürük. Biz bütün məhsullarımızı cəmi 65 hektar ərazidə əkirik. Hazırda təsərrüfatımızda 100 nəfər işləyən var və işçilərimizin sayını artırmaq niyyətindəyik".
Niyde Kənd Təsərrüfatı və Meşəçilik İdarəsinin müdiri Asim Baş isə istehsalçıları dəstəklədiyini deyib: “İstehsalçılarımız burada bibər, kələm, xiyar və pomidor kimi bir çox məhsulların turşularını hazırlayırlar. Özləri əkib, yetişdirib, paketlədikləri məhsulları Türkiyə daxilində 45 bölgəyə və bundan əlavə, 10 ölkəyə ixrac edirlər. Nazirliklə təsərrüfata kömək məqsədilə bu il müqavilə imzaladıq və investisiya imkanlarımızı 2 milyon 200 min TL artırdıq. Nazirlik bu 2 milyon 200 min TL-dən 1 milyon 100 min TL vəsaiti qrant olaraq təsərrüfata verəcək”, - deyə A.Baş qeyd edib. (Virtualorg)