"Bu ilin birinci yarısında Azərbaycan xaricdə 6688,4 ton kərə yağı alıb. Bu, 2017-ci ilin ilk altı ayı ilə müqayisədə 14% azdır", - deyə Dövlət Gömrük Komitəsi məlumat verir.
İdxal 39 milyon 472 min dollar başa gəlib. Bu, keçən ilə nisbətən 20,7 faiz çoxdur.
Bu il idxal kərə yağı Azərbaycan gömrüyündə orta hesabla 5,90 dollara, 2017-ci ilin birinci yarısında 4,20 dollara rəsmiləşdirilib. (Turan)