2023-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycan 124 milyon 290,17 min dollar dəyərində 112 min 64,36 ton pomidor ixrac edib.

 Foodinfo.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən pomidorun dəyəri 7,4% və ya 9 milyon 938,77 min dollar azalıb, miqdarı isə 0,2% və ya 237,6 ton aşağı düşüb.

2022-ci ilin ilk 8 ayında Azərbaycandan 134 milyon 228,94 min dollar dəyərində 112 min 301,96 ton pomidor ixrac edilib.

Bir ton pomidorun ixrac qiyməti 2022-ci ilin 8 ayında 1195 dollar ikən, 2023-cü ilin 8 ayında 1190 dollar olub.

Pomidorun orta ixrac qiyməti son bir ildə 86 dollar, başqa sözlə 7,2% aşağı düşüb.

Xatırladaq ki, cari ilin yanvar-avqust aylarında pomidor ümumi ixracda xüsusi çəkisi 0.51%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 7,12%-ə bərabər olub.