2018-ci ilin yanvar-fevral aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,0 faiz artaraq 6,3 milyard manat təşkil edib.
Bakı şəhər Statistika İdarəsindən Foodinfo.az-a verilən məlumata görə, sənaye məhsulunun 85,5 faizi mədənçıxarma, 12,1 faizi emal, 1,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 84,2 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 87,0 faiz, xidmətlərin göstərilməsi isə 13,0 faiz təşkil edib. İstehsal edilən məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 mart 2018-ci il vəziyyətinə 326,9 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 26,9 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
2018-ci ilin yanvar-fevral aylarında ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 3,1 faiz artaraq 2858,7 milyon manat olub. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artaraq 1332,1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,0 faiz artaraq 1526,6 milyon manata bərabər olub.
Son xəbərlər
- Ürək-damar xəstələri necə yeməlidir?
- Qışda artıq çəki almamağın yolları
- Yüksək keyfiyyətli yarımfabrikatları necə seçək?
- Gündə iki fincandan çox qəhvə içmək tövsiyə olunmur
- Bananın uzun müddət qalmasını və qaralmamasını necə etmək olar?
- İdmançılara xiyar turşusunun suyunu içmək niyə faydalıdır?