"Business Insight" şirkəti Bakıda ticarət və əyləncə mərkəzləri ilə bağlı sorğu keçirilib.
Foodinfo.az xəbər verir ki, "Həyat Tərzi - 4" layihəsi çərçivəsində paytaxt sakinlərinin ən çox üz tutduğu ticarət və əyləncə mərkəzi 28Mall-dur. Belə ki, 31.2 % respondent 28Mall-a üstünlük verir. 20% respondent heç biri cavabını qeyd edib. İkinci sırada qərarlaşan Gənclik Mall rəqibindən yalnız 4% geri qalır. 10.3 % Park Bulvarı ziyarət etdiyini bildirib.
Qeyd edək ki, sorğuda 574 nəfər iştirak edib.