
Qəhvə dünyanın ən çox sevilən içkilərindən biridir və onun tərkibindəki antioksidantlar orqanizmi sərbəst radikallardan qoruyur. Son araşdırmalar göstərir ki, qəhvəyə darçın əlavə olunduqda bu içkinin sağlamlığa təsiri daha da güclənir.
Foodinfo.az xəbər verir ki, darçınla birləşmiş qəhvə antioksidant baxımından ikiqat güclü təsir göstərir. Darçının tərkibindəki polifenollar və sinnamaldehid maddələri hüceyrələri oksidləşmə stressindən qoruyur, bu da xərçəng, ürək-damar və iltihabi xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır.
1. Güclü antioksidant təsir
Darçın qəhvədəki kofeinlə birlikdə orqanizmdə sərbəst radikalları zərərsizləşdirir, beləliklə qocalma prosesini yavaşladır və hüceyrə sağlamlığını qoruyur.
2. Qan şəkərini tənzimləyir
Darçın insulinə bənzər təsir göstərərək qanda şəkərin yüksəlməsinin qarşısını alır. Bu xüsusilə diabet riski olan şəxslər üçün faydalıdır.
3. Maddələr mübadiləsini sürətləndirir
Qəhvə və darçın birlikdə yağ yandırma prosesini aktivləşdirir, buna görə də arıqlamaq istəyənlər üçün bu içki təbii seçim sayılır.
4. Beyin fəaliyyətini gücləndirir
Darçının aromatik komponentləri və qəhvədəki kofein diqqət, yaddaş və fokuslanmanı artırır, gün ərzində enerjini yüksəldir.
Həddindən artıq darçın qaraciyərə mənfi təsir göstərə bilər. Gündə 1–2 fincandan artıq darçınlı qəhvə içmək ürək döyüntülərini artırabilir. Hamilə qadınlara darçınlı qəhvəni çox qəbul etmək məsləhət görülmür.
Səhər və ya günorta saatlarında, şəkərsiz şəkildə yarım çay qaşığı darçınla hazırlanmış qəhvə həm enerjini artırır, həm də orqanizmi antioksidantlarla təmin edir.