Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə, Azərbaycanda ilk dəfə olaraq, heyvan sağlamlığı klinikası tikilir. Azfood-a verilən məlumata görə Baytarlıq Elmi-Tədqiqat İnstitutunun ərazisində tikilən klinika gələn ilin birinci rübündə istifadəyə veriləcək. Burada kənd təsərrüfatı, o cümlədən ev heyvanlarını müalicə, hətta əməliyyat etmək mümkün olacaq. Artıq klinikada çalışacaq mütəxəsislərin seçilməsinə başlanılıb və həmin şəxslər gələn il iki aylıq müddətə xarici ölkələrə təcrübəyə göndəriləcək.   Nurlan