Balıq həm protein, həm də D vitamini baxımından zəngin qida mənbəyidir. Foodinfo.az bildirir ki, bu barədə endokrinoloq Marina Varlamova danışıb. Onun sözlərinə görə, D vitamini beyində sinir hüceyrələrinin fəaliyyətini dəstəkləyir. Bu maddə depressiya və əsəb gərginliyinin qarşısını alır.

“Həftədə 2-3 dəfə yağlı balıq növləri, məsələn, skumbriya və ya qızılbalıq yemək lazımdır”, – deyə həkim bildirib. Balıq, həmçinin omeqa-3 yağ turşuları ilə zəngindir. Bu maddələr beyin damarlarının elastikliyini qoruyur və yaddaşı gücləndirir. D vitamini sümüklərin möhkəmlənməsində də mühüm rol oynayır.

Balıq qəbulu ürək-damar xəstəlikləri riskini azaldır. Mütəxəssis qeyd edib ki, balığı qızartmaq əvəzinə buğda və ya sobada bişirmək daha faydalıdır. Təbii və zərif qida beyin sağlamlığı üçün ən yaxşı seçimdir.