
Çuğundur şirəsi yüksək qan təzyiqinin təbii yolla tənzimlənməsində effektiv vasitə sayılır. Foodinfo.az bildirir ki, bu barədə diyetoloq Yelena Starodubtseva “Medikforum”a danışıb. Onun sözlərinə görə, çuğundur nitrantlarla zəngindir və bu maddə damarların genişlənməsini təmin edir. Nəticədə qan dövranı yaxşılaşır və təzyiq normallaşır.
“Səhər acqarına 200 ml təzə çuğundur şirəsi içmək gündəlik təzyiqi stabilləşdirə bilər”, – deyə mütəxəssis qeyd edib. O vurğulayıb ki, bu içki ürək xəstələri üçün də faydalıdır. Çuğundur orqanizmdə toksinlərin təmizlənməsinə də kömək edir.
Mütəxəssislər bildirirlər ki, şirəni içməzdən əvvəl 15 dəqiqə gözləmək daha yaxşı nəticə verir. Çünki təzə sıxılmış halda mədəyə təsiri güclü ola bilər. Həmçinin, gündəlik miqdarı aşmaq qıcıqlanma və başgicəllənməyə səbəb ola bilər. Sadə və əlçatan bu vasitə təbii sağlamlıq qaynağıdır.