
Səhər yeməyində yumurtadan istifadə gün ərzində toxluq hissini artırır və zehni fəaliyyəti dəstəkləyir. Foodinfo.az bildirir ki, bu barədə diyetoloq Marina Apletayeva “Komsomolskaya Pravda”ya açıqlamasında deyib. Onun sözlərinə görə, yumurta zülallarla zəngin olduğu üçün səhərlər orqanizmin enerji balansını qorumağa kömək edir.
“Bir ədəd qaynadılmış yumurta uzun müddət tox saxlayır, eyni zamanda B qrupu vitaminləri ilə sinir sistemini gücləndirir”, – deyə Apletayeva vurğulayıb. O, yumurtanı tərəvəzlərlə birlikdə qəbul etməyin bağırsaq fəaliyyəti üçün də faydalı olduğunu əlavə edib.
Mütəxəssis qeyd edib ki, uşaqlar və böyüklər üçün gündə bir və ya iki yumurta sağlam bir qidalanma nümunəsidir.