Balıqla qatığı birgə yemək xalq arasında bəzən zərərli hesab edilsə də, əslində elmi baxımdan bunun ciddi bir zərəri yoxdur. Balıq və qatığın birlikdə istifadəsi orqanizm üçün təhlükəli sayılmır. 

Foodinfo.az xəbər verir ki, həm balıq, həm də qatıq protein, vitamin və minerallarla zəngindir və birgə yeyildikdə zərərli təsir yaratmır.

Bəzi insanlar balıq və süd məhsullarını birlikdə istehlak etdikdə həzm problemləri yaşayır, bu, hər insanda fərqli ola bilər və allergik reaksiyalara həssas olanlarda görülə bilər. Həssas mədəsi olan şəxslər ehtiyatla yanaşsa yaxşı olar. 

Ümumi sağlamlığınız yerindədirsə, balıq və qatığı birlikdə yeməkdən çəkinməyə ehtiyac yoxdur.