
Bənövşəyi meyvələr təkcə rəngləri ilə göz oxşamır, həm də sağlamlıq üçün olduqca faydalıdır.
Foodinfo.az xəbər verir ki, bu meyvələrin tərkibində antiosidantlar, xüsusilə də antosiyaninlər çoxdur. Bu maddələr hüceyrələri qoruyur, yaşlanma prosesini yavaşladır və bir çox xəstəliklərə qarşı qoruyucu təsir göstərir.
Ən tanınmış bənövşəyi meyvələr:
1. Qarağat
Güclü antioksidantdır. Beyin funksiyalarını qoruyur. İltihab əleyhinədir.
2. Gavalı
Həzm sistemini yaxşılaşdırır. Qəbizliyin qarşısını alır. Damarları qoruyur.
3. Üzüm (bənövşəyi növlər)
Ürək sağlamlığı üçün faydalıdır. Qan dövranını yaxşılaşdırır. Resveratrol adlı güclü antioksidant ehtiva edir.
4. Moruq (bənövşəyi növləri)
C vitamini ilə zəngindir. İmmuniteti gücləndirir. Qan şəkərini tənzimləməyə kömək edir.
5. Bənövşəyi əncir
Həzm sistemini dəstəkləyir. Liflə zəngindir. Dəriyə faydalıdır.
7. Bənövşəyi alma (bəzi növlər)
Antioksidant tərkiblidir. Damarları qoruyur. Aşağı kalorilidir.
Bəs, bənövşəyi meyvələrin ümumi faydaları nələrdir?
- Xərçəng riskini azaldır
- Ürək və damar sağlamlığını dəstəkləyir
- Beyin fəaliyyətini gücləndirir
- İltihab əleyhinə təsir göstərir
- Dəri və göz sağlamlığını qoruyur
Həftəlik qidalanmaya müxtəlif rəngli meyvələr daxil etmək, xüsusilə də bənövşəyi meyvələrə yer vermək sağlamlıq üçün çox önəmlidir. Təzə, qurudulmuş və ya dondurulmuş şəkildə istifadə oluna bilərlər.