
Bal beyin gücünü artıran təbii qida mənbələrindən biridir. Tərkibində qlükoza və fruktoza olduğuna görə beynin enerji ehtiyacını qarşılayır və konsentrasiyanı artırır.
Foodinfo.az xəbər verir ki, antioksidantlarla zəngindir, hüceyrələri sərbəst radikalların zədələnməsindən qoruyur, yaddaşı gücləndirir.
Balın tərkibindəki B vitaminləri və maqnezium sinir sistemini dəstəkləyir, stres və yorğunluğu azaldır. Xüsusilə gecələr bir qaşıq bal yemək melatonin istehsalını artırır, yuxunu yaxşılaşdırır və beyin funksiyalarını gücləndirir.
Həmçinin, balın iltihab əleyhinə xüsusiyyətləri Alzheimer xəstəliyinin riskini azaldır.