
Son illərdə bitki mənşəli proteinlərə maraq artmaqdadır. Foodinfo.az bildirir ki, paxlalılar, quinoa, kətan toxumu və badam bu baxımdan zəngin mənbələrdir. Bu qidalar həm də xolesterinsizdir və həzmi daha asandır.
Bitki zülalları ürək və qaraciyər üçün daha təhlükəsiz hesab olunur. Vegeterian və vegan pəhrizlərdə bu qidalar mühüm yer tutur. Amin turşusu tərkibi də orqanizmin ehtiyaclarını qarşılayır. Müntəzəm istifadə zamanı əzələ kütləsini qorumağa kömək edir.
Həddindən artıq istehlak isə balanssız qidalanmaya gətirə bilər. Qida əlavələri əvəzinə təbii mənbələr üstün tutulmalıdır. Mütəxəssislər bu proteinlərin idmançılar üçün də faydalı olduğunu bildirirlər. Gündəlik menyuda müxtəlif növ bitki zülalları yer almalıdır.