Duz, gündəlik qidalanmada mühüm rol oynasa da, artıq istifadəsi bir sıra xəstəliklərin yaranmasına səbəb olur. Foodinfo.az bildirir ki, həddindən artıq duz qəbul etmək qan təzyiqinin yüksəlməsi və ürək-damar xəstəlikləri riskini artırır.

Əlavə olaraq, böyrəklərə əlavə yük düşür və bu orqanların fəaliyyətinə mənfi təsir edir. Duz suyu orqanizmdə saxlayaraq ödem və artıq çəkiyə səbəb ola bilər. Kalsium itkisinin artması isə sümüklərin zəifləməsinə gətirib çıxarır.

Araşdırmalar göstərir ki, duzun gündəlik norması 5-6 qramdan çox olmamalıdır. Xüsusilə hazır yeməklər və turşularda gizli duz miqdarı yüksək olur. Ərzaq etiketlərini oxumaq bu baxımdan vacibdir. Mütəxəssislər təbii ədviyyatlardan istifadəni tövsiyə edirlər. Uşaqlar və yaşlılarda duzun təsiri daha güclü olur. Duzsuz həyat mümkün deyil, amma nəzarətli qəbul həyati önəm daşıyır.