Börək bişirərkən onun dağılmasının qarşısını almaq əslində çox asandır. Bu mövzuda bilməli olduğunuz bütün bişirmə sirlərini topladıq. Bu məlumatdan sonra bişirəcəyiniz börəklər heç vaxt dağılmayacaq.

‌Foodinfo.az bu kiçik sirləri təqdim edir:

1.Hazır yuxadan istifadə edəcəksinizsə, yuxalar təzə olmalıdır.

2. Fətir aralarına mütləq mineral su və ya adi qazlı su sürtməyi unutmayın. Bu sous sayəsində xəmiriniz xırtıldayan olacaq və sobadan çıxdıqdan sonra belə havası çıxmayacaq.

3. İstifadə edəcəyiniz ərzaqların otaq temperaturunda olduğundan əmin olun. Əks halda börəyiniz dağılacaq, həm də dadı itəcək.