Çiy badımcan istehlakı bəzi səbəblərə görə təhlükəli ola bilər.

Foofinfo.az xəbər verir ki, badımcanın tərkibində solanin adlı təbii toksin var. Bu maddə böyük miqdarda qəbul edildikdə zəhərlənmə, ürəkbulanma, baş ağrısı və qarın ağrısına səbəb olur.  

Çiy badımcanın lifli quruluşu həzmi çətinləşdirir və bəzi insanlarda şişkinlik, qaz və mədə narahatlığı yaradır.  

Bəzi insanlarda badımcana qarşı allergiya ola bilər ki, bu da qaşınma, qızartı və ya hətta nəfəs darlığı kimi reaksiyalara səbəb ola bilər.  

Çiy badımcan az miqdarda zərərsiz ola bilər, amma bişirildikdə solanin miqdarı azalır və həzm üçün daha təhlükəsiz olur. Xüsusilə mədə həssaslığı və ya böyrək problemləri olan insanlar onu çiy yeməkdən çəkinməlidirlər.