Kumquat mürəbbəsi həm ləzzətli, həm də faydalıdır. Onun şirin və turş dadı çay süfrələrinə xüsusi bir zövq qatır.  

Foodinfo.az kumquat mürəbbəsinin hazırlanma qaydasını təqdim edir:

Lazım olanlar:

- 500 q kumquat  

- 400-500 q şəkər tozu (şirinliyi zövqə görə tənzimləyə bilərsiniz)  

- 1 stəkan su  

- 1 çay qaşığı limon suyu  

Hazırlanma qaydası:

1. Kumquatları yaxşıca yuyun və hər birini çəngəllə bir neçə yerdən deşin ki, acılığı çıxsın.  

2. Acılığını azaltmaq üçün kumquatları qaynar suda 5 dəqiqə qaynadın, sonra süzüb soyuq suya qoyun. Bu prosesi 2-3 dəfə təkrarlayın.  

3. Şərbəti hazırlayın – şəkər tozu və suyu qazana töküb qaynadın. Şəkər əriyəndə içərisinə kumquatları əlavə edin.  

4. Orta odda bişirin. Mürəbbə qatılaşmağa başlayanda limon suyunu əlavə edin və 5 dəqiqə daha qaynadın.  

5. Soyumağa qoyun. Tam soyuduqdan sonra sterilizə edilmiş bankalara yığın.  

Mürəbbə parlaq və şəffaf olmalıdır. Çayla və ya desertlərdə ləzzətlə yeyə bilərsiniz. Nuş olsun!