C vitamini ilə zənginliyi ilə tanınan portağal əslində bu vacib qidanın lideri deyil. Foodinfo.az xəbər verir ki, həkim Sohayb İmtiyaz apardıqları araşdırmalara əsaslanaraq, portağaldan daha çox C vitamini ehtiva edən 10 tərəvəz, meyvə və giləmeyvə siyahısını açıqlayıb. Onun sözlərinə görə, bu məhsullar həm gündəlik vitamin tələbatını qarşılamağa, həm də orqanizmin ümumi sağlamlığını dəstəkləməyə kömək edir.

Siyahının başında qırmızı bolqar bibəri gəlir – bir stəkanında 128 mq vitamin C, yəni gündəlik normanın 142%-i var. Sonra guava – bir meyvəsində 125 mq (138%), manqo – 122 mq (135%) və çiyələk – bir stəkanında 119 mq (132%) vitamin C təmin edir. Bundan başqa, yaşıl çili bibəri (109 mq, 121%), papaya (88 mq, 98%), brokkoli (81,2 mq, 90%), ananasa (78,9 mq, 87%), kivi (74,7 mq, 83%) və brüssel kələmi (yarım stəkanda 48 mq, 53%) siyahıya daxildir.

Həkim vurğulayır ki, bu məhsullar yalnız vitamin C ilə zəngin deyil, eyni zamanda digər faydalı maddələr də ehtiva edir. Məsələn, guava və manqo güclü antioksidantlarla zəngindir, brokkoli isə iltihab əleyhinə xüsusiyyətlər göstərir. Ananasın tərkibində olan bromelain fermenti isə həzm prosesini yaxşılaşdırır.

İmtiyaz bildirir ki, bu məhsulları gündəlik qidalanmaya daxil etmək həm immunitetin güclənməsinə, həm də dəri və ürək-damar sağlamlığının qorunmasına kömək edə bilər. Həkim tövsiyə edir ki, tərəvəz və meyvələr mümkün qədər təzə və az bişirilmiş halda istehlak edilsin ki, vitaminlər maksimum qorunsun. Belə bir balanslı qidalanma C vitamini çatışmazlığının qarşısını alır və bədənin sağlamlığını möhkəmləndirir.