Giləmeyvə insan pəhrizində çox sağlam bir məhsuldur, çünki lif, vitamin və antioksidantlarla zəngindir. Foodinfo.az Hibiny.ru-ya istinadən xəbər verir ki, həkimlər xüsusilə mövsümi giləmeyvə yeməyi məsləhət görürlər;

Endokrinoloq və dietoloq Yelena Syurakşina “Roskaçestvo” saytında böyürtkənin sağlamlıq üçün faydaları və kimlərin onu yeməkdən çəkinməli olduğunu deyib. Böyürtkən qocalmanı ləngidir. Onun tərkibində insanlar üçün faydalı olan çoxlu B vitaminləri var. Böyürtkən həm də minerallar anbarı kimi tanınır, tərkibi selen, maqnezium, kalium, kalsium, dəmir və sink ilə zəngindir.

Bu giləmeyvə maddələr mübadiləsinə faydalı təsir göstərir, vitaminlərin tam siyahısını ehtiva edir.

Mədə-bağırsaq xəstəlikləri olan insanlar giləmeyvə tərkibində turşuların olduğunu nəzərə almalıdırlar.