Səhər ət yeməyin zərəri çox şişirdilir. Foodinfo.az xəbər verir ki, bunu qastroenteroloq Anastasiya Timoşenko deyib. NEWS.ru ilə söhbətində mütəxəssis səhər yeməyində tərəvəzli yağsız ət yeməyi məsləhət görüb.
Onun sözlərinə görə, çətinliklər ancaq səhərlər iştahı olmayan və ya səhər yeməyini qəlyanaltı kimi yemək vərdişi olanlar üçün yarana bilər.
Qastroenteroloq qeyd edib ki, ətin bol tərəvəzlə birləşməsi xərçəng riskini minimuma endirir. O, bədənin hər yeməkdə zülala ehtiyacı olduğunu qeyd edib. Onun sözlərinə görə, ət də süd məhsulları və yumurta qədər vacibdir. Timoşşenko əlavə edib ki, günün vaxtından asılı olaraq orqanizmin ət məhsullarını həzm etmək qabiliyyətində heç bir fərq yoxdur.