Bir çox insanlar ideal bədən quruluşuna can atırlar və buna nail olmaq üçün hər şey etməyə hazırdırlar. Lakin yaşlandıqca bədənimiz dəyişir və 20 yaşında bizə uyğun olan qida rejimi 30 yaşında təhlükəli ola bilər.

Foodinfo.az protein pəhrizlərinin zərərlərindən danışacaq.

Belə ki, zülallarla arıqlamaq cazibədar görünsə də, bunun bir sıra təhlükələri var:

1. Susuzlaşma. Karbohidratların az qəbulu orqanizmdə maye itkisinə səbəb ola bilər.
2.  Əzələ kütləsinin azaldılması. 30 yaşdan sonra əzələ kütləmiz artıq azalmağa başlayır və düzgün olmayan qidalanma bu prosesi daha da ağırlaşdıra bilər.
3. Osteoporoz. Kalsium və D vitamininin az qəbulu sümüklərin kövrəkliyinə səbəb ola bilər.
4. Böyrəklərə düşən yük. Yüksək zülal qəbulu böyrəklərin daha çox işləməsini tələb edir.
5. Vitamin çatışmazlığı: Rasionda məhdudiyyətlər yarandıqda orqanizmi bütün lazımi mikroelementlərlə təmin etmək çətindir.

Bəs nə etmək lazımdır?

Pəhriz saxlamazdan öncə diyetoloqla məsləhətləşmək yaxşı olar. O, orqanizminiz üçün faydalı və təhlükəsiz olan fərdi menyu hazırlamağa kömək edəcək.

Nurlan