Badamın tərkibində çoxlu miqdarda zülallar, vitaminlər, yağlar var ki, bu da yağda həll olunan vitaminlərin, həmçinin mineralların və antioksidantların mənimsənilməsinə kömək edir. Foodinfo.az xəbər verir ki, bioloq Vitali Napolovbunu RT-yə müsahibəsində bildirib.
“Tərkibindəki yüksək doymamış yağlar, amin turşuları və minerallar sayəsində badam ürək və qan damarlarının optimal işləməsinə kömək edir. Sinir sistemini və yaxşı beyin fəaliyyətini dəstəkləmək tövsiyə olunur”, - deyə ekspert bildirib.
Bundan əlavə, bioloq xatırladıb ki, badam hormonal səviyyələri normallaşdırmağa və dərinin, dırnaqların və saçın vəziyyətini yaxşılaşdırmağa kömək edir.