D vitamini insan üçün ən əhəmiyyətli vitaminlərdən biridir. Bəs D vitamini çatışmazlığının qarşısını almaq üçün nə etməliyik?
Tərkibində D vitamini çox olan qidaları təqdim edirik.
Balıq - Həm sağlam, həm ləzzətli qida olan balığı həftədə ən az 3 dəfə yesəniz, D vitamini ehtiyacınızı böyük səviyyədə almış olursunuz.
Kartof - Püre halında olan kartofa bir az yağlı süd əlavə etsəniz, gündəlik D vitamini ehtiyacını ödəmiş olacaqsınız.
Göbələk - Göbələk gündəlik D vitamini ehtiyacının 7 faizini qarşılayır
Süd və süd məhsulları - Pendirlər və tam yağlı süd kalsium baxımından zəngindir
Yumurta - B12 və protein baxımından çox zəngin olan yumurta gündəlik D vitamini ehtiyacının 4 faizini qarşılayır. (Axsam.az)