Bəzi şirniyyatlar sağlamlığa xeyirdir. 

Foodinfo.az Ferra.ru-a istinadla xəbər verir ki , bu barədə həkim Sergey Alendeyev danışıb.

Onun sözlərinə görə, şəkərli diabet, allergiya və yanaşı xəstəliklər kimi əks göstərişlər olmadıqda 3 şirniyyat sağlamlıq üçün xeyirlidir: zefir, halva və pastila (lavaş turşu).

Alendeyev qeyd edib ki, zefir qan dövranı sisteminin fəaliyyətinə kömək edən qlükoza, fosfor və kalsiumla zəngindir. Həmçinin, bu mikroelementlər qanda xolesterini azaldır və beyin fəaliyyətinə kömək edir.

Halvanın - həm günəbaxan, həm də yerfıstığı halvasının - tərkibində yaddaş, görmə və ürək fəaliyyətinin keyfiyyətinə təsir edən A, B, E vitaminləri mövcuddur.

Pastilanın da faydası onlardan az deyil, lakin bir şərtlə ki, almadan hazırlanmış olsun və tərkibində boya və konservantlar olmasın.

Nərmin