Dietoloq, endokrinoloq Albina Komissarova arıqlama vasitəsi kimi işlətmə və sidikqovucuların zərərlərindən danışıb. Foodinfo.az Gazeta.ru-a istinadla xəbər verir ki, həkim bu üsulun yalnız sağlamlığı pisləşdirdiyini və heç bir təsiri olmadığını qeyd edib.
Müxtəlif pəhrizin olmaması və həblərin orqanizmə təsiri nəticəsində orqanizm elektrolitləri və mikroelementləri itirir.
Komissarovanın sözlərinə görə, dərmanları dayandırdıqdan sonra insan yenidən kökəlməyə başlayır. Dərmanlardan istifadə edərkən, qidalanma və yemək davranışı üzərində heç bir iş görülmür, bu, həbləri dayandırdıqdan sonra çəki artımına gətirib çıxarır və daha sonra arıqlamaq cəhdləri ilə proses yavaşlaya bilər.
Nurlan