2017-ci ildə “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC tərəfindən 150 milyon manatdan artıq yerli kənd təsərrüfatı məhsulları tədarük edilərək daxili və xarici bazarlara göndərilib.
ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, bir il ərzində dövlət satınalan təşkilatlarının təlabatına 96 milyon 902 min manatlıq (miqdarı 51 milyon 872 min kq) kənd təsərrüfatı məhsulları yönəldilib.
Dövlət satınalan təşkilatlarının təlabatında mühüm yer tutan məhsullar: Bu məhsullar arasında ilk yeri 27 milyon 605 min manatla (miqdarı 3 milyon 844 min kq) ət məhsulları tutur. İkinci yerdə 24 milyon 988 min manatla (miqdarı 8 milyon 832 min kq) süd və süd məhsullaları, üçüncü yerdə isə 10 milyon 474 min manatla ( miqdarı 13 milyon 162 min kq) un və un məmulatları gəlir. (Fins.az)