Duzun artıq qəbulu təhlükəli olsa da, tamamilə duzsuz qidalanmaq da zərərlidir. Foodinfo.az bildirir ki, orqanizmə lazım olan natrium minerallarının çatışmazlığı müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Bu zaman qan təzyiqi həddən artıq aşağı düşür, başgicəllənmə və halsızlıq yaranır.

Əzələlərdə spazmlar və ürək ritmində pozğunluqlar baş verə bilər. Uzun müddət duzsuz qidalanma elektrolit balansını pozur və bu, böyrəklərin fəaliyyətinə təsir göstərir. Eyni zamanda iştah azalır və qidalanma keyfiyyətsizləşir. Duzsuz pəhriz zamanı orqanizm stresə girir və kortizol səviyyəsi arta bilər.

Bu da arıqlamaq məqsədini əks effektə çevirə bilər. Sağlamlıq üçün azaldılmış, lakin tam çıxarılmamış duz qəbulu məsləhət görülür. Dəniz duzu və ya yodlaşdırılmış duz daha faydalı seçim sayılır. Əsas məsələ miqdarın düzgün tənzimlənməsidir.