Ədviyyatlar mətbəxdə ləzzət üçün istifadə olunsa da, onların sağlamlıq üçün də mühüm faydaları var. Foodinfo.az bildirir ki, fitoterapevt Nadejda Sidorova “Təbii Müalicə” proqramında bu barədə danışıb. Onun sözlərinə görə, zərdəçal güclü iltihab əleyhinə təsirə malikdir və oynaq ağrılarında faydalıdır.

Zəncəfil mədə-bağırsaq sistemini sakitləşdirir, darçın isə insulin həssaslığını artıraraq şəkərin tənzimlənməsinə kömək edir. Sidorova qeyd edir ki, bu ədviyyatların gündəlik az miqdarda istifadəsi yetərlidir. Ədviyyatlar həmçinin immun sistemini gücləndirir və bədəndə qan dövranını yaxşılaşdırır. Lakin mütəxəssis xəbərdarlıq edir ki, onların yüksək dozada istifadəsi zərərli ola bilər və həkimlə məsləhətləşmək tövsiyə olunur.