Təbii şirinləşdirici olan bal həm dadlı, həm də müalicəvi xüsusiyyətləri ilə tanınır. Foodinfo.az bildirir ki, fitoterapevt Elena Frolova “Təbii Dərmanlar” proqramında balın faydaları barədə danışıb. Onun sözlərinə görə, bal boğazın selikli qişasını örtərək onu sakitləşdirir və öskürəyi azaldır.

Frolova qeyd edir ki, balın tərkibindəki fermentlər və antioksidantlar iltihab əleyhinə təsir göstərir. Səhərlər ilıq suya bir qaşıq bal əlavə edərək içmək həm boğazı qoruyur, həm də immuniteti gücləndirir. Lakin balın 1 yaşdan kiçik uşaqlara verilməsi tövsiyə olunmur. Həmçinin şəkərli diabet xəstələri üçün istifadəsi həkim nəzarətində olmalıdır.

Bal