Son illərdə arıqlamaq məqsədilə tətbiq edilən bəzi ekstremal pəhrizlər zülaldan tamamilə uzaq durmağı təklif edir. Foodinfo.az bildirir ki, bu barədə dietoloq İrina Fedotova “Metabolizm və Qidalanma” proqramında xəbərdarlıq edib. Onun sözlərinə görə, zülal əzələ toxumasının bərpası və fermentlərin sintezi üçün vacibdir.

Zülal çatışmazlığı halsızlıq, saç tökülməsi və dəridə problemlərlə nəticələnə bilər. Fedotova qeyd edir ki, gündəlik enerji ehtiyacının azı 15-20 faizi zülaldan təmin olunmalıdır. Xüsusilə fiziki aktiv şəxslər və idmançılar üçün bu göstərici daha yüksək olmalıdır. Zülal həm də uzun müddətli toxluq hissi yaradır, bu isə artıq qida qəbulunun qarşısını alır.

Toyuq əti, yumurta, paxlalılar və süd məhsulları ideal zülal mənbəyi sayılır. Mütəxəssis balanslı qidalanmanın vacibliyini vurğulayır və mono-pəhrizlərdən çəkinməyi tövsiyə edir.