Uşaqlıqdan görmə üçün faydalı olduğu deyilən yerkökünün bu təsiri elmi əsaslara söykənir. Foodinfo.az bildirir ki, göz sağlamlığı üzrə ekspert Roman Belov “OftalmoTV” proqramında bu barədə danışıb. Onun sözlərinə görə, yerkökü beta-karotinlə zəngindir və bu maddə bədəndə A vitamininə çevrilir.

A vitamini isə göz torlu qişasının funksiyasını dəstəkləyir. Belov qeyd edir ki, gündə bir orta ölçülü yerkökü görmə qabiliyyətinin qorunması üçün yetərlidir. Yerkökünü bişirmək və ya yağa qarışdırmaq beta-karotinin daha yaxşı mənimsənilməsinə kömək edir. O bildirir ki, yerkökü yalnız uşaqlar üçün deyil, eyni zamanda kompüterlə çox işləyən böyüklər üçün də faydalıdır.

Gözlərin yorğunluğunun azaldılması və quruluğun qarşısının alınması baxımından da təsirlidir.