Pomidorun parlaq qırmızı rəngi onun tərkibindəki likopin maddəsindən qaynaqlanır. Foodinfo.az bildirir ki, onkoloji profilaktika üzrə mütəxəssis Nadejda Romanova “Antixərçəng Qidalar” verilişində pomidorun təsirindən danışıb. Onun sözlərinə görə, likopin güclü antioksidantdır və hüceyrə zədələnməsinin qarşısını alır.

Romanova qeyd edir ki, likopin xüsusilə prostat, ağciyər və mədə xərçəngi riskini azaltmaqda təsirlidir. Maraqlıdır ki, bişmiş pomidorda likopinin mənimsənilməsi daha yüksəkdir. Bu səbəbdən tomat sousu və bişmiş pomidor da menyuya daxil edilməlidir. Mütəxəssis balanslı qidalanma və müxtəlif rəngli tərəvəzlərin istifadəsini vacib sayır.