
Əncir bağırsaq fəaliyyətini tənzimləyən ən güclü təbii vasitələrdən sayılır. Foodinfo.az bildirir ki, bu barədə fitoterapevt Yekaterina Kravçenko danışıb. Onun sözlərinə görə, əncir yüksək miqdarda liflə zəngindir. Bu maddə bağırsaq hərəkətliliyini artırır və qəbizliyin qarşısını alır. “Gündə 3-4 ədəd təzə və ya 2 ədəd quru əncir yemək bağırsaq problemlərini aradan qaldıra bilər”, – deyə mütəxəssis bildirib.
Əncir həmçinin orqanizmdə toksinlərin çıxarılmasına kömək edir. Tərkibindəki kalium və dəmir mineralları enerji verir və immuniteti gücləndirir. Mütəxəssis qeyd edib ki, əncir mədəni yormadan işləyir və əlavə təsir yaratmır. Təbii şirin dadı ilə də pəhriz menyusuna daxil edilə bilər. Bu meyvə bağırsaq sağlamlığının təbii qoruyucusudur.