
Ərik qəbizliyə qarşı olduqca təsirli təbii vasitədir. Həm təzə, həm də quru formada istifadə oluna bilər. Əsas səbəbi tərkibindəki yüksək miqdarda lif və sorbitol adlı təbii şəkərin olmasıdır.
Foodinfo.az xəbər verir ki, bu maddələr bağırsaqların fəaliyyətini stimullaşdırır, nəcis kütləsini yumşaldır və keçidini asanlaşdırır. Quru ərikdəki maqnezium və kalium isə bağırsaq əzələlərinin rahat çalışmasına kömək edir.
Səhərlər acqarına 4–5 ədəd isladılmış quru ərik yemək qəbizliyin qarşısını almaqda effektivdir. Yay aylarında gündə bir neçə təzə ərik yemək də eyni təsiri göstərir. Ərikdən hazırlanan şəkərsiz kompot da yaxşı seçimdir.
Ancaq çox miqdarda istifadə ishala səbəb ola bilər. Şəkərli diabeti olanlar və kiçik uşaqlar üçün miqdarına diqqət yetirmək lazımdır. Effektin yaxşı olması üçün gün ərzində kifayət qədər su içmək də vacibdir.