Mütəxəssis qeyd edir ki, həddindən artıq yemək istəyinin səbəblərindən biri də emosional aclıq böhranlarıdır. Bu zaman yemək yeyərək rahatlıq hiss etmək və ani xoşbəxtliyə təslim olmaq həll yolu deyil. İmmunitetimizi güclü saxlamağın təməl daşı düzgün, nizamlı və keyfiyyətli qidalanmadır.
Gərginlik, stress, tənhalıq və qəzəb kimi səbəblərdən mədəmiz tox olsa belə, səbəbsiz aclıq hiss etmək və həddindən artıq yemək yemək emosional aclıq hesab olunur. Emosional aclıqda əslində fiziki aclıq yoxdur.
Foodinfo.az bu yazıda emosional aclıqla mübarizənin 8 üsuludan bəhs edir.
- Qidalanma gündəliyi tuta bilərik. Bu gündəlik bizə hansı duyğuların hansı vaxtlarda emosional aclıq hücumlarına səbəb olduğunu kəşf etməyi və onları idarə etməyimizi çox asanlaşdıracaq.
- Fiziki olaraq ac olmasanız da aclıq hücumları hiss etdiyiniz zaman yağlı, şəkərli karbohidratlar yerinə meyvə, qatıq kimi sağlam qəlyanaltılara və kahı, cəfəri kimi həcmcə böyük və kalorisi az olan qidalara üstünlük verməlisiniz.
- Əsas yeməklər qəti şəkildə atlanmamalıdır.
- Çox yemək istəyirsinizsə, kiçik hissələrlə qəlyanaltı kimi bir şey yemək ən yaxşısıdır. Çünki özünüzü sıxışdırmaq stress və gərginliyi artıra bilər. Bu hücumlar zamanı serotonin səviyyəsinə müsbət təsir göstərən banan, çiyələk və hindistan cevizi kimi qidaları istehlak etməkdə diqqətli olmalısınız.
- Yemək böhranları başladıqda özünüzə qısa bir müddət verməlisiniz. Məsələn, fast food yemək istəyirsənsə, bu zaman bir stəkan su içmək və olduğumuz məkanı dəyişmək (soyunma otaqları, balkona çıxmaq, mətbəxdən uzaqlaşmaq və s.) yemək hücumunu yüngülləşdirəcək, hətta aradan qaldıracaq.
- Gecə gec saatlarda bu böhran baş verirsə, meyvə, qatıq və qoz-fındıq kimi qəlyanaltılar, həmçinin şüyüd və çobanyastığı kimi sakitləşdirici çaylar faydalı ola bilər.
- Pilates, yoqa və uzanma kimi məşqlər də hücumları azaltmaqda və mənfi emosiyaların idarə olunmasında faydalı olacaq.
- Alış-veriş siyahısı hazırlayarkən sağlam qidalara diqqət yetirmək bu prosesdə çox dəstək olacaq.