Şokolad sevərlərə xoş xəbər var – tünd şokolad təkcə dadlı deyil, həm də zehni sağlamlıq üçün faydalıdır. Foodinfo.az xəbər verir ki, ABŞ-ın Loma Linda Universitetində tünd şokoladın tərkibindəki flavonoidlərin stressi azaltdığı və əhval-ruhiyyəni yaxşılaşdırdığı sübut olunub. Psixoloq Dr. Lee Berk qeyd edib ki, 70 faizdən yuxarı kakao tərkibli şokoladlar beyin fəaliyyətini stimullaşdırır.

Finlandiyanın Helsinki Universitetindən nevrologiya üzrə mütəxəssis Dr. Marja-Leena Virtanen əlavə edib ki, tünd şokolad dopamin və serotonin hormonlarının ifrazını artırır. Mütəxəssislər gündəlik 20-30 qram tünd şokolad istehlakının həm zehni, həm də fiziki sağlamlıq üçün müsbət təsir göstərdiyini bildirirlər.