Cücərmiş buğda hələ qədim dövrdən təbiblərin maraq göstərdiyi qida olub. Günü bu günə kimi birçox siyasi liderlər, dövlət rəhbərləri, alimlər, həkimlər, məşhurlar və naturopatlar cücərmiş buğdadan istifadə edir.
Əslində cücərmiş buğda bizə yad deyil,bu həmin səmənidir ki, Novruzda evdə cücərdirik. Qədimdə onu atmazdılar, səməni halvası bişirərdilər.
Cücərmiş buğdanın sağlamlığınz üçün necə qiymətli olduğu barədə sizə məlumat veririk.
Maraqlı fakt:
Ötən əsrin 70-ci illərində Nobel mükafatı laureatı Sent Dyerdi hər gün cücərdilmiş toxumlardan səhər yeməyinə yedikdən sonra özündə bu vaxta kimi görmədiyi güc, enerji hiss etməyə başladı. Halbiki həmişə xəstə, zəif, halsız idi. Amma cücərmiş buğda yedikdən sonra zamanla xəstəlikləri harasa yoxa çıxdı. O, arıqladı, saçları möhkəmləndi, gözləri qüvvətləndi, tükənməz enerji hiss edirdi.
Cücərmiş buğdanı qida kimi qəbul etmək üzərində aparılmış 20 illik tədqiqatların nəticəsində məlum oldu ki, cücərmiş buğda həyat və sağlamlıq eliksiridir. Müntəzəm qəbul etdikdə, maddələr mübadiləsi, həzm yaxşılaşır, sinir əsəb sistemi qaydaya düşür. İnsanın saçları, dişləri, dırnaqları möhkəmlənir, saçları çoxalır, dərisi yaxşılaşır, cavanlaşır, görməsi itiləşir. İnsan yoluxucu xəstəliklərə yoluxmur. Dözümlü olur. Həyati vacib orqanlar aktivləşir. Bir çox xəstəliklər sağalır. Ateroskleroz və sklerozun qarşısı alınır. Ürək damar sistemi cavankaşır. Qanı artırır, vitamin, mineral mənbəyidir.
Hazırlanması:
50 qram buğda yeməzdən yaxşıca yuyulur, bir neçə dəfə yuyulub suyu süzülür, sonra tənzifin arasına yayılıb üzəri də tənziflə bağlanıb cücərməyə qoyulur. 1-2 sutka ərzində bir az cücərən kimi istifadəyə hazırdır. (Medicina.az)