Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlərə dəyişiklik edilib.
Foodinfo.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Nazirlər Kabinetinin izahında bildirilib ki, qərar bir sıra ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasına dair tənzimlənmənin əhatə dairəsinin optimallaşdırılması və qüvvədə olma müddətinin uzadılması məqsədilə hazırlanmışdır.
Qərarın qəbul edilməsi ilə iqlim dəyişiklikləri və davam edən geosiyasi proseslərin səbəb olduğu problemlər fonunda əhalinin əsas ərzaq malları ilə təchizatı üzrə stabilliyin qorunub saxlanılması proqnozlaşdırılır.
Qərarın qüvvədə olma müddəti 2023-cü il dekabrın 31-dək uzadılıb. Əvvəl bu, 2022-ci il dekabrın 31-dək olan dövrü nəzərdə tuturdu. Eyni zamanda qərara görə, Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən malların siyahısı dəyişib.
Son xəbərlər
- Xəstələnəndə yağlı yemək immuniteti azaldır
- AQTA-nın kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
- Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
- Günəbaxan yağını harada saxlamaq lazımdır?
- Mehriban Əliyeva 20 Yanvarla bağlı paylaşım etdi
- Prezidentdən 20 Yanvar faciəsi ilə bağlı paylaşım