
Mütəxəssislərin sözlərinə görə, əncir həm təzə, həm də qurudulmuş halda çox faydalı meyvədir.
Foodinfo.az xəbər verir ki, onun tərkibində lif, kalium, kalsium, dəmir və antioksidantlar bol miqdarda olur. Ancaq faydalı olduğu qədər, şəkər və kalori baxımından da zəngindir.
Qidalanma mütəxəssisləri bildirirlər ki, sağlam insanlar üçün gündə 2-3 ədəd təzə əncir və ya 2 ədəd quru əncir kifayətdir. Bu miqdar həm orqanizm üçün faydalıdır, həm də artıq şəkər qəbulunun qarşısını alır.
Əncirin normadan artıq yeyilməsi isə qan şəkərinin yüksəlməsinə, həzm problemlərinə və çəki artımına səbəb ola bilər.
Şəkərli diabet və ya artıq çəki problemi olan insanların ənciri mütləq həkim və ya diyetoloq məsləhəti ilə qəbul etməsi tövsiyə olunur.