Mütəxəssislər bildirir ki, tahin və bəkməzin qarışığı yüksək qida dəyərinə görə orqanizm üçün olduqca faydalıdır. 

Foodinfo.az xəbər verir ki, zəngin kalsium, maqnezium və dəmir mənbəyi olan bu qarışım həm sümük sağlamlığını dəstəkləyir, həm də qanazlığının qarşısını almağa kömək edir.

Enerji verən və immuniteti gücləndirən tahin-bəkməz xüsusilə qış aylarında tez-tez istehlak olunur. Tərkibindəki omega-3 və E vitamini sayəsində ürək-damar sağlamlığına da müsbət təsir göstərir.

Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu qarışımın gündəlik istifadəsi ölçülü olmalıdır. Tahin yüksək kalorili və yağlı, bəkməz isə şəkərlə zəngin olduğundan artıq miqdarda qəbul edilməsi çəki artımı və şəkər balanssızlığına səbəb ola bilər.

Gün ərzində 1–2 xörək qaşığı kifayət hesab olunur. Şəkər və qaraciyər xəstəliyi olanların isə daha diqqətli olması tövsiyə edilir.