
Su həyat üçün əvəzolunmaz olsa da, onun qəbulunda edilən yanlışlar sağlamlığa mənfi təsir edə bilər. Foodinfo.az bildirir ki, bu barədə dietoloq Mariya Abramova “DoctorTV” kanalına danışıb. O, ən geniş yayılmış səhvin yalnız susadıqda su içmək olduğunu vurğulayıb.
Mütəxəssis qeyd edir ki, bu zaman orqanizmdə artıq yüngül dərəcəli susuzluq başlamış olur. İkinci ciddi səhv suyu birdəfəyə çox miqdarda içməkdir ki, bu, böyrəklərə yük salır. Ayrıca, qazlı və ya şəkərli içkiləri su ilə əvəz etmək düzgün deyil. Səhər yuxudan duran kimi su içmək bədənin təmizlənməsini dəstəkləyir.
Yemək zamanı çox su içmək həzm fermentlərinin təsirini azalda bilər. Soyuq su isə mədənin selikli qişasına zərər verə bilər. Mariya Abramova vurğulayıb ki, insan çəkisinə uyğun olaraq gündə təxminən bir yarım-iki litr su qəbul edilməlidir. O bildirib ki, sidiyin rəngi bədənin susuzlaşıb-susuzlaşmadığını göstərən əsas göstəricidir. Əsas məqsəd suyu müntəzəm və balanslı şəkildə qəbul etməkdir.