
Təəccüblüdür, lakin doğrudur - pəhrizinizdə yalnız bir tərəvəz yüksək təzyiqi azaltmağa kömək edə bilər. Foodinfo.az Edimdoma.ru-ya istinadən xəbər verir ki, məlumatı məşhur televiziya həkimi Sergey Aqapkin təsdiqləyib.
"Rossiya 1" kanalında "Ən vacib şeylər haqqında" verilişinin efirində mütəxəssis turpun sağlam tərəvəz olduğunu qeyd etdi. Tərkibində kifayət qədər vitamin və mineral var. Onu hər gün yesəniz, immunitet sisteminiz güclənəcək və həzminiz yaxşılaşacaq.
Kök tərəvəz kişilərdə testosteron səviyyəsini artırmağa, cinsi aktivliyi stimullaşdırmağa, libidonu artırmağa və prostat vəzinin iltihabını aradan qaldırmağa qadirdir. Ancaq bu hamısı deyil. Tərəvəz qan təzyiqini idarə edə bilir.