Soyuqda mövsümi məhsullara diqqət yetirməyə dəyər. Foodinfo.az xəbər verir ki, bunu endokrinoloq və dietoloq Elvina Binatova deyib.
O, əsas payız super qidası kimi C vitamini və antioksidantlarla zəngin narın adını çəkib. Həkimin fikrincə, narın müntəzəm istifadəsi xərçəng, diabet və ürək-damar sistemi ilə bağlı problemlərin qarşısını alır. O, həmçinin pəhriz lifi və mədə-bağırsaq sistemini yaxşılaşdıran beta-karotinlə zəngin olan balqabağı, tərkibində C vitamini, B vitaminləri, maqnezium, selen və sink olan zoğalı mövsümi super qidalar adlandırıb. Həkimin sözlərinə görə, sonuncunun tərkibində sink, maqnezium və selen, həmçinin həll olunan qida lifi və beta-karotin var.