Pediatr Viktoriya Şurupova müxtəlif xəstəliklərin qarşısının alınmasında qəhvənin rolundan danışıb.

Foodinfo.az xəbər verir ki, gazeta.ru

ilə söhbətində o, qəhvənin zəngin antioksidant mənbəyi olduğunu bildirib.

“Kofein həmçinin qlükoza mübadiləsini yaxşılaşdırmağa, insulinə həssaslığı artırmağa və yeməkdən sonra qan şəkərinin səviyyəsini aşağı salmağa kömək edir. Bu, xüsusilə 2-ci tip diabetin qarşısının alınması və ya idarə olunması üçün faydalı ola bilər”, - Şurupova bildirib.

Bununla belə, o qeyd edib ki, qəhvə ölçülü şəkildə istehlak edilməlidir.