Qastroenteroloq, tibb elmləri namizədi və “Gemotest” laboratoriyasının doktoru Yekaterina Kaşux sağlam yuxuya kömək edən melatonin tərkibli məhsullardan danışıb.

“Bizim dinc yatmağımız üçün bədənimizdə bəzi hormonların səviyyəsi azalmalıdır (əsasən stress hormonları, məsələn, kortizol), digər hormonların, ilk növbədə melatoninin konsentrasiyası artmalıdır”, - ekspert Life.ru saytına müsahibəsində bildirib.

Foodinfo.az bildirir ki, mütəxəssisin sözlərinə görə, albalı, banan, çiyələk, ərik, brokoli, nar, nanə, düyü, pomidor, yumurta, qoz-fındıq, üzüm və kələm melatoninin təbii mənbəyidir.

Mütəxəssis əlavə edib ki, sərt pendirlər, kəsmik, yulaf, süd, qatıq, soya, kakao və tam taxıl çörəyinin tərkibində orqanizmdə melatonin istehsalını təşviq edən triptofan var.