Dietoloq Yelena Solomatina qarabaşaq yarmasının xüsusilə arıqlamaq üçün çox faydalı məhsul hesab edildiyini, lakin əslində bəzi ifadələrin doğru olmadığını bildirib.

Foodinfo.az xəbər verir ki, o Life.ru ilə söhbətində qeyd edib ki, qarabaşaq yarması zülalı cəmi 60% udulur və amin turşusu tərkibinə görə heyvan zülalını əvəz edə bilməz,

Başqa bir yanlış fikir, qarabaşaq yarması pəhrizinin arıqlamağa kömək etməsidir. Əslində, dənli bitkilər mono-pəhriz zamanı tam və balanslı qidalanma təmin etmir. 

Diyetoloq onu da bildirib ki, böyük miqdarda yeyilən qarabaşaq yarması çəki artımına səbəb ola bilər və yaşıl qarabaşaq yarmasının tərkibində qəhvəyi rəngdən demək olar ki, heç bir fərqi yoxdur.