Mürəbbəsiz qışa hazırlıq tamamlanmır. Moruq, çiyələk, qarağat, gilas - evdar qadınlar öz zövqünə uyğun müxtəlif şirniyyatlar bişirirlər. Ancaq məlum oldu ki, onlar heç də faydalı deyil.
Foodinfo.az Edimdoma.ru- ya istinadən xəbər verir ki, həkim Aleksandr Myasnikov “Rossiya 1” kanalında yayımlanan “Doktor Myasnikov” verilişində bu barədə danışıb. Bildirirb ki, qış üçün hazırlanan mürəbbə yavaş təsir edən zəhərdir. Axı evdə hazırlanmış konservlər müasir qida səbətinə daxil olan məhsullarla heç də uyğun gəlmir.
“Biz qədim zamanlardan mürəbbə yeyirik. Amma, görürsən, bütün günü mürəbbə ilə çay içən nənələrdən, ulu nənələrdən danışanda o zaman başqa yemək tərzi var idi. O vaxt qida sənayesi yox idi. Trans yağlar və ya buna bənzər bir şey yox idi, ona görə də zərərsiz və dadlı idi. Amma bu gün, belə deyil”, - deyə həkim vurğulayıb.